Modern.az

Jurnalist yazıları müsabiqəsinin vaxtı uzadılıb

Jurnalist yazıları müsabiqəsinin vaxtı uzadılıb

Qarabağ

30 İyul 2012, 15:10

Modern.az xəbər verir ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentlyinin (USAİD) maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi “Vərəmlə bağlı stiqmaya qarşı mübarizə” mövzusunda elan etdiyi jurnalist yazıları müsabiqəsinin vaxtı 13 avqust 2012-ci il tarixədək uzadılıb.

Müsabiqənin məqsədi vərəm xəstəliyi ilə bağlı cəmiyyətdə mövcud stiqmanın aradan qaldırılması və vərəm xəstələrinin probleminə diqqəti cəlb etməkdir. Aşağıdakı mövzular üzrə materiallar təqdim edilə bilər:

Vərəmlə bağlı stiqma -  səbəblərin araşdırılması və həlli yolları;

Stiqmaya məruz qalan vərəmlə xəstələnmiş şəxslərin üzləşdikləri problemlərin  işıqlandırılması;

Vərəmlə bağlı stiqmatizasiyanın azaldılması üçün başqa ölkələrin təcrübəsi və müsbət nümunələr;

Vətəndaş cəmiyyəti institutlarının, KİV-in, dövlət qurumlarının vərəmlə bağlı stiqmatizasiyanın azaldılmasında rolu.

Müsabiqəyə KİV işçiləri qatıla bilər;

Bir neçə material təqdim oluna bilər;

Azərbaycan və Rus dillərində hazırlana bilər;

Məqalə 6-7 min çap işarəsi həcmində olmalıdır;

Jurnal və informasiya agentliklərinin rəsmi saytlarında, xəbər saytlarında, qəzet və jurnallarda çap oluna bilər.

Dərc olunmuş materialların elektron forması və linkləri məktubun mövzusunda “Müsabiqə üçün məqalə” [email protected] ünvanına göndərilməlidir, və ya dərc olunduğu  qəzet və jurnallar B.Səfəroğlu küç., 133, SAT Plaza, 14-cü mərtəbə - ünvanına 13 avqust 2012-ci il tarixinə qədər təqdim olunmalıdır. 

Birinci yer – ASUS laptopu, ikinci yer – ASUS netbuku, 3-cü yer – BlackBerry Curve telefonu ilə mükafatlandırılacaq. Əlavə məlumat üçün: (+99412) 596 5807/09.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!