Modern.az

Cüdoçumuz Olimpiadaya qələbə ilə başladı

Cüdoçumuz Olimpiadaya qələbə ilə başladı

30 İyul 2012, 15:16

London Olimpiadasında Azərbaycanın cüdo yığmasının daha bir üzvü tatami üzərinə çıxıb. Belə ki, 73 kq çəki dərəcəsində yarışan Rüstəm Orucov mübarizəyə 1/16 finaldan başlayıb. Onun ilk rəqibi CAR-dan olan Gieon Van Zil idi. Görüşün gedişində məğlub durumda olmasına baxmayaraq, idmançımız rəqibinə qarşı ippon fəndini həyata keçirərək, vaxtından öncə qələbə qazanmağı bacarıb.

Onun 1/8 finaldakı rəqib rusiyalı Mansur İsayev olacaq.

Qeyd edək ki, Olimpiadada artıq iki cüdoçumuz öz çıxışını başa vurub. 60 kq-da İlqar Muşkiyev elə ilk döyüşündəcə uduzaraq, olimpiada ilə erkən vidalaşmışdı. Tərlan Kərimov (66 kq) isə turniri 7-ci pillədə başa vurub.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub