Modern.az

Nazir müavinləri, QHT nümayəndələri və deputatlar dinləmə keçirəcək

Nazir müavinləri, QHT nümayəndələri və deputatlar dinləmə keçirəcək

Parlament

20 Dekabr 2020, 13:41

Dekabrın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi dinləmə keçirəcək.

 

Modern.az-ın xəbərinə görə, dinləmə videokonfrans formatında “Ailənin sosial-psixoloji təminatı və mövcud problemlər” (pandemiya və post-müharibə dövrü ) mövzusu ətrafında aparılacaq.

 

Dinləmədə girişi Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova açacaq.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili mövcud vəziyyət barədə çıxış edəcək. Müzakirələrdə isə aşağıdakı qonaqların iştirak edəcəyi gözlənilir:

 

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Daxili İşlər nazirinin müavini Oruc Zalov, Təhsil Nazirinin müavini Firudin Qurbanov, İdman və Gənclər nazirinin müavini-İntiqam Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov,  Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin üzvü olan deputatlar və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcəklər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır