Modern.az

Ombudsman azərbaycanlı əsirlərlə bağlı beynəlxalq qurumlara müraciət etdi

Ombudsman azərbaycanlı əsirlərlə bağlı beynəlxalq qurumlara müraciət etdi

Ölkə

20 Dekabr 2020, 14:35

Azərbaycanlı əsgərlərin Erməni hərbiçiləri tərəfindən qeyri-insani rəftar və işgəncələrə məruz qalması ilə bağlı faktlar ortaya çıxıb, bunu əks etdirən video yayılıb.

 

Ombudsman aparatından Modern.az-a verilən məlumata görə, bu videoda Ermənistan silahlı qüvvələri tərəfindən əsir olaraq ələ keçirilmiş Azərbaycanlı əsgərlərin Erməni hərbiçiləri tərəfindən qeyri-insani rəftar və işgəncələrə məruz qaldıqları görünür.

 

Əsir və girovluqda olan soydaşlarımıza qarşı işgəncə hallarına son verilməsi və onların qaytarılması ilə bağlı Azərbaycan Ombudsmanı mandatı çərçivəsində aidiyyəti beynəlxalq qurumlara müraciətlər edib və bu məsələni davamlı olaraq beynəlxalq ictimaiyyətin diqqətində saxlayır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir