Modern.az

Türkiyə Azərbaycana dəstəyini davam etdirəcək

Türkiyə Azərbaycana dəstəyini davam etdirəcək

20 Dekabr 2020, 16:08

İşğaldan azad edilən ərazilərin təhlükəsizliyinin təmini üçün Türkiyə Silahlı Qüvvələri Azərbaycana dəstəyini davam etdirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin həftəlik yayımlanan mətbuat bülletenində məlumat verilib.

 

Qeyd olunub ki, Azərbaycan Ordusuna dəstək məqsədilə 135 nəfərdən ibarət iki Xüsusi Mina Təmizləmə qrupu mina axtarışı və zərərsizləşdirilməsində iştirak edir. Digər partlayıcıların kəşfiyyatı və məhv edilməsi üçün hər birində 4 nəfər olmaqla 12 komanda və 64 personal isə təlim-tədrisə dəstək verir.

 

“ Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin ən qısa zamanda Ağdamda fəaliyyətə başlaması üçün əməkdaşlığımız Azərbaycan və Rusiyanın koordinasiyasında davam etməkdədir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir