Modern.az

Nazirlik işə yeni qəbul olunan müəllimlərin sayını açıqladı

Nazirlik işə yeni qəbul olunan müəllimlərin sayını açıqladı

Təhsil

30 İyul 2012, 15:43

Təhsil Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2012-2013-cü tədris ili üzrə 174 nəfər fizika və 133 nəfər informatika müəllimi ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə işə qəbul olunub.

Qeyd edilib ki, bu, 26-27 iyul tarixlərində keçirilmiş imtahanların nəticələrinə əsasən müəyyənləşdirilib.

Xatırladaq ki, bu gün biologiya fənni üzrə müəllim işləmək üçün iddialı olanlar imtahan verir. Həmin fənn üzrə 346 vakant yer uğrunda 726 nəfər mübarizə aparır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır