Modern.az

Bakıda ana iki azyaşlı övladı ilə özünü binadan atdı

Bakıda ana iki azyaşlı övladı ilə özünü binadan atdı

21 Dekabr 2020, 01:04

Bakıda intihara cəhd hadisəsi baş verib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

 

1991-ci il təvəllüdlü Cəfərova Nigar Musa qızı və onun 4 yaşlı oğlu - 2016-cı il təvəllüdlü Manafov Hüseyn Cavid oğlu, habelə qadının digər azyaşlı oğlu (adı dəqiqləşdirilir-red) özlərini yaşadıqları binanın 4-mərtəbəsindən atıblar.

 

Ağır bədən xəsarətləri alan yaralılar xəstəxanaya çatdırılıblar. Ananın və övladlarının vəziyyətlərinin ağır olduğu bildirilir.

 

Hadisənin təfərrüatı araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər