Modern.az

“Bunlar düzələn deyil” - Deputat icra başçılarından ŞİKAYƏT ETDİ

“Bunlar düzələn deyil” - Deputat icra başçılarından ŞİKAYƏT ETDİ

21 Dekabr 2020, 09:44

“Son vaxtlar bəzi icra başçıları ilə bağlı şikayət xarakterli müraciətlər artmaqdadır. Görünür ki, bunlar baş verənlərdən ibrət dərsi götürmürlər. Odur ki, ölkə başçısının hələ müharibədən əvvəl start verdiyi struktur və kadr islahatları davam etdirilməlidir”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

 

V.Əhmədov deyib ki, bəziləri dövlət başçısının apardığı siyasəti dərindən dərk etmir, regionlarda korrupsiya halları baş alıb gedir:

 

“İnsanların şikayəti həddən çoxdur. 44 günlük müharibədə bu xalq faktiki olaraq, birləşdi, insanlar bir yumruq kimi oldu. Bu cür qələbə əldə edilib, bu cür çətin günlərdən keçdik. Hələ də pandemiya ilə əlaqədar ağır günlər davam edir. Biz hamımız onlara dəstək olmalıyıq. Rəhbər şəxslər, yerlərdə icra başçıları şəhid ailələri, qazilərlə mütəmadi əlaqədə olmalıdır, onların problemlərilə maraqlanmalıdırlar.

Amma əksərində bu yoxdur, onların bəzisi köhnə ab-havalarında, öz keflərində, öz məqsədləri uğrunda çarpışmaqdadırlar. Ona görə də kadr islahatları davam etdirilməlidir, özü də ciddi və köklü şəkildə”.

 


Parlament üzvünün sözlərinə görə, rəhbər vəzifədə olan şəxslərin fəaliyyəti yoxlanılmalıdır:

 

“Dövlətə, xalqa yanan, qayğısına qalan, ölkə başçısının siyasətini dəstəkləyən kadrlar vəzifəyə gətirilməlidir. Sən ölkə rəhbərinin siyasətini qəbul etmirsən, vəzifədən öz məqsədlərin, büdcəni çapıb-talamaq üçün istifadə edirsənsə, bu siyasətdə ola bolmzəsən. Bunlar bir-birinə zidd məsələlərdir. Mən düşünürdüm ki, ağır günlərdən, müharibədən sonra bəzilərinin ağlı başına gələr, amma görünən odur ki, bunlar düzələn deyil”.


Xatırladaq ki, vəsifə səlahiyyətlərindən sui-istifadəyə, korrupsiya və rüşvətxorluğa görə həbs edilən sonuncu icra başçısı Cəlilabad rayon İcra Hakimiyyətinə rəhbərlik edən Namiq Zeynalov olub. Məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir