Modern.az

Bakıda qızıl və gümüş nişana layiq görülən şagirdlərin SAYI

Bakıda qızıl və gümüş nişana layiq görülən şagirdlərin SAYI

Təhsil

21 Dekabr 2020, 11:29

Bu il 26 məzun qızıl və gümüş nişana layiq görülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı illik hesabatda qeyd edilib.

 

Belə ki, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 19-u qızıl, yeddi nəfər isə gümüş nişana layiq görülüb.

 

Eyni zamanda, Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 5-i qızıl, 20-si gümüş, 28-i bürünc medal əldə edib. Respublika Fənn Olimpiadalarında ümumilikdə, 53 məktəbli uğur qazanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir