Modern.az

Azərbaycanda qadınlar kişilərdən ÇOXDUR

Azərbaycanda qadınlar kişilərdən ÇOXDUR

21 Dekabr 2020, 11:43

İlin əvvəlindən ölkə əhalisinin sayı 54701 nəfər və ya 0,5 faiz artaraq 2020-ci il noyabr ayının 1-i vəziyyətinə 10121809 nəfərə çatıb.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məıumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.

 

Cari ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 106569 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2842-si əkiz, 96-sı üçəm, 4-ü isə dördəm doğulanlardır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?