Modern.az

Gələn ilin təhsil XƏRCLƏRİ niyə artırılır? - Rəsmi İZAHAT

Gələn ilin təhsil XƏRCLƏRİ niyə artırılır? - Rəsmi İZAHAT

Təhsil

21 Dekabr 2020, 12:41

Növbəti ilin dövlət büdcəsindən təhsil xərclərinə 3277,7 milyon manat vəsait ayrılacaq ki, bu da 2020-ci ilə nisbətən 242,9 milyon manat və ya 8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 1085,5 milyon manat və ya 49,5 faiz çoxdur.

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.  

Bildirilib ki, 2021-ci ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,5 faiz təşkil edəcək ki, bu da 2020-ci ilə nisbətən 0,5 faiz-bənd çoxdur. Təhsil xərclərinin növbəti il üçün proqnozlaşdırılan ÜDM-də xüsusi çəkisi 4,3 faiz olacaqdır ki, bu da 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 1,6 faiz-bənd çoxdur. 183,3 mln. manat 0,6 % 3277,7 mln. manat 11,5 % 1409,0 mln. manat 4,9 % 3692,7 mln. manat 12,9 % 418,2 mln. manat 1,5 % 2021-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin məbləği və xüsusi çəkisi (mln. manatla, faizlə) Elm Təhsil Səhiyyə Sosial müdafiə və sosial təminat 27 Son 5 ildə (2016-2021-ci illər) bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,6 faiz-bənd, natural ifadədə isə 1523,3 milyon manat və ya 86,8 faiz artmışdır.

Təhsil xərcləri üçün ayrılmış vəsaitin 1764,7 milyon manatı və ya 53,8 faizi ümumi təhsil xərclərinin (2020-ci illə müqayisədə 62,3 milyon manat və ya 3,7 faiz çox), 1001,2 milyon manatı və ya 30,5 faizi (2020-ci illə müqayisədə 143,0 milyon manat və ya 16,7 faiz çox) təhsil sahəsində digər müəssisələrin və tədbirlərin (dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi ilə bağlı xərclər, bir sıra dövlət proqramlarınin və tədbirlərin maliyyə təminatı), 319,3 milyon manatı və ya 9,7 faizi (2020-ci illə müqayisədə 31,5 milyon manat və ya 11,0 faiz çox) məktəbəqədər təhsil xərclərinin, 71,0 milyon manatı və ya 2,2 faizi orta ixtisas təhsili xərclərinin, 60,9 milyon manatı və ya 1,9 faizi ali təhsilin (2020-ci illə müqayisədə 11,8 milyon manat və ya 24,1 faiz çox), 51,1 milyon manatı və ya 1,6 faizi peşə təhsilinin, 9,4 milyon manatı və ya 0,3 faizi əlavə təhsilin və təhsil sahəsində tətbiqi tədqiqatların maliyyələşdirilməsinə yönəldiləcəkdir.

2021-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının, “ADA” Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Milli Aviasiya Akademiyasınin maliyyə təminatı üçün 54,7 milyon manat vəsait nəzərdə tutulmuşdur.

Əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını təmin etmək və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə tələbə kreditinin verilməsi üçün növbəti ilin dövlət büdcəsindən 80,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. 2021-ci ilin dövlət büdcəsinin təhsil xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 25,9 milyon manat təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 3,7 milyon manat və ya 16,7 faiz çoxdur. Nəticəəsaslı büdcə mexanizminə keçid çərçivəsində təhsil sektorunun ortamüddətli dövr üçün strateji planı hazırlanmış və büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsində nəzərdə tutulan vəsait bu planda əks olunan strateji hədəflərə nail olmaq məqsədilə 24 subproqramı və 111 tədbiri özündə birləşdirən 18 proqramın maliyyələşdirilməsi üçün ayrılmışdır. Eyni zamanda, sözügedən sektorda nəzərdə tutulan proqramların illik icra vəziyyətini monitorinq etməyə və nəticələrini ölçməyə, eləcə də sərf olunmuş xərclərin səmərəliliyini, effektivliyini və nəticəliliyini qiymətləndirməyə imkan verən 121 monitorinq göstəricisi müəyyən edilmiş

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır