Modern.az

Gələn il büdcədən media və QHT sektoruna bu qədər pul xərclənəcək

Gələn il büdcədən media və QHT sektoruna bu qədər pul xərclənəcək

21 Dekabr 2020, 12:59

2021-ci ilin dövlət büdcəsində KİV sahəsinə, QHT sektoruna ayrılması nəzərdə tutulan vəsaitlə bağlı proqnozlar da məlum olub.


Modern.az
xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.  


Belə ki, Kütləvi informasiya vasitələrinin, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin təmin olunması məqsədilə 2021-ci ilin dövlət büdcəsində üstüstə 56,0 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2020-ci illə müqayisədə 6,3 milyon manat və ya 12,7 faiz çoxdur.


Vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına nail olunması, ictimai əhəmiyyətli problemlərin həlli ilə bağlı qeyri-hökumət təşkilarlarına maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 6,3 milyon manat vəsait proqnozlaşdırlıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?