Modern.az

Elçibəyin və Mütəllibovun ailəsinə daha 343,4 min manat XƏRCLƏNƏCƏK

Elçibəyin və Mütəllibovun ailəsinə daha 343,4 min manat XƏRCLƏNƏCƏK

Hadisə

21 Dekabr 2020, 13:59

2021-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı xərclərinin məbləği məlum olub.

Modern.az
xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Növbəti ilin dövlət büdcəsində Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı xərcləri üçün 343,4 min manat vəsait nəzərdə tutulur.

Xatırladaq ki, müstəqillik dövründə Azərbaycanın 3 keçmiş prezidenti olub: Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyev.

Nəzərə alsaq ki, mərhum eks-prezident Heydər Əliyevin özü və həyat yoldaşı sağ deyil, oğlu isə hazırki dövlət başçısıdır, onda belə demək olar ki, eks-prezidentlərə dair qanunun verdiyi təminatlardan hazırda həyatda olan Ayaz Mütəllibov və mərhum dövlət başçısı Əbülfəz Elçibəyin ailəsi faydalanacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır