Modern.az

Gələn ilin ehtiyac meyarı və yaşayış minumumu - Məbləğlər belə olacaq

Gələn ilin ehtiyac meyarı və yaşayış minumumu - Məbləğlər belə olacaq

21 Dekabr 2020, 14:11

Gələn ili üçün nəzərdə tutulan ehtiyac meyarının həddi və yaşayış minimumunun məbləği açıqlanıb.


Modern.az
xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Belə ki, növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulur.

2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi