Modern.az

DİN-dən sosial şəbəkələrdə yayılan video ilə bağlı AÇIQLAMA

DİN-dən sosial şəbəkələrdə yayılan video ilə bağlı AÇIQLAMA

Hadisə

21 Dekabr 2020, 21:27

“Sosial şəbəkələrdə Gəncə şəhərinin çıxışındakı stasionar polis postunda sürücünün əsassız cərimələnməsi ilə bağlı yayılan görüntülər Gəncə şəhər Baş Polis İdarəsində araşdırılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xiidmətindən Modern.az-a verilən məlumata görə, dekabr ayının 17-də  Emin Əliyev özünəməxsus “Kamaz” markalı yük avtomobili ilə müvafiq icazəsi olmadan hərəkət etdiyi üçün stasionar polis postunda saxlanılıb:

 

"Polisin qanunu tələblərinə əməl etməyən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxs barəsində qanunvericiliyə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci  (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 200 manat miqdarında cərimə olunub".

 

Qeyd edilib ki, vətəndaşın tibbi maska ilə bağlı səsləndirdiyi fikirlər və digər iddialar əsassızdır, həqiqəti əks etdirmir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı