Modern.az

İordaniyadakı səfirimiz haqqında nə bilirik?

İordaniyadakı səfirimiz haqqında nə bilirik?

31 İyul 2012, 11:32

Hazırda Azərbaycan Respublikasının müxtəlif ölkələrdə diplomatik korpusları – səfirlik, konsulluq, daimi nümayəndəliyi fəaliyyət göstərir.

Modern.az saytı Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpuslarına rəhbərlik edən diplomatlar barəsində silsilə yazılar təqdim edir. Bu yazılarda səfir, konsul və daimi nümayəndələrimiz barədə qısa məlumat verməyə çalışırıq.

Beləliklə, Azərbaycanın Mərakeş krallığındakı səfirini tanıyırsınızmı?

Azərbaycanın Mərakeş krallığındakı  səlahiyyətli və  fövqaladə səfiri Sabir Ağabəyov  1943-cü il mayın 20-də Bakı şəhərində anadan olub. 1962-1967-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini, 1985-1989-cu illərdə  isə indiki Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyası elmlər fakültəsini  bitirib.   1968-1971-ci illərdə  Suriyanın Hələb şəhərində Təhsil Nazirliyinin tərcüməçisi, 1972-1976-cı illərdə Yəmənin Ədən şəhərində balıqçıların tədris mərkəzində müəllim, 1978-1980   SSRİ XİN-də birinci katib,  1981-1983 –cu illərdə SSRİ-nin Hələbdəki Baş konsulluğunda vitse-konsul, 1986-1988-ci illərdə SSRİ-nin Hələbdəki Baş konsulluğunda konsul, 1988-1990-cı illərdə SSRİ-nin Hələbdəki Baş konsulluğunda baş konsul,  1990-1991-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Konsulluq və Protokol idarəsinin rəisi vəzifələrində işləyib.
1991-1992–ci illərdə Azərbaycan XİN-də Konsulluq xidmətinin rəisi, 1992-1998-ci illərdə XİN-də Konsulluq idarəsinin rəisi, 1998-2000-ci illərdə XİN-də İKT ölkələri idarəsinin rəis müavini,  2000-2004 –cü illərdə Azərbaycanın Pakistandakı Səfirliyinin konsulu, müşaviri, 2004-2006–cı illərdə XİN-də Konsulluq idarəsinin rəis müavini işləyib.
Sabir Ağabəyov 2006-cı il iyunun 14-dən  bu il iyulun 13-dək Azərbaycanın Mərakeş Krallığındakı səfiri olub.
Bu il iyulun 13-də ölkə başçısının sərəncamı ilə onun iş yeri dəyişdirlib və Azərbaycanın İordaniyadakı səfriliyinə səfir göndəriulib.. 

Ərəb, rus, ingilis, türk dillərini bilir. Evlidir, iki övladı vardır.    

Nihadə Eyyubova
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?