Modern.az

Azərbaycanlılara işgəncə verən erməni hərbçi Bakıda həbs edildi - FOTO

Azərbaycanlılara işgəncə verən erməni hərbçi Bakıda həbs edildi - FOTO

22 Dekabr 2020, 17:30

Bakı Hərbi Məhkəməsində azərbaycanlı əsirlərə işgəncə verməkdə təqsirləndirilən Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

 

Modern.az xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının vəsatəti təmin edilib və Lüdviq Mkrtçyan barədə 4 ay həbs qətimkan tədbiri seçilib.

 

Lüdviq Mkrtçyana Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə ittiham verilib.



Xatırladaq ki, sentyabrın 27-də başlanan 44 günlük Vətən Müharibəsində L.Mkrtçyan bir neçə erməni hərbçi ilə birlikdə Azərbaycan Ordusu tərəfindən əsir götürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi