Modern.az

Сümhuriyyət varislərindən daha biri vəfat etdi

Сümhuriyyət varislərindən daha biri vəfat etdi

Təhsil

22 Dekabr 2020, 19:20

Azərbaycan Xalq Cümhuriyyətinin xaricə oxumağa göndərdiyi 100 tələbədən biri Mirismayıl Saryalın oğlu, Nəsib bəy Yusifbəylinin xalasının nəvəsi, Nuri Paşanın adını daşıyan, professor Nuri Saryal bu gün 91 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə professorun qızı Nilgül Saryal özünün Facebook hesabında məlumat verib. Mərhumla sabah saat 13.00-da İzmirdəki Karşıyaka Camisində vida mərasimi keçiriləcək.

 

Maşınqayırma mühəndisi, Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin fəalı və Orta Doğu Texniki Universitetinin keçmiş rektoru Nuri Saryal 1929-cu ildə Bakı şəhərində anadan olub. Atası Azərbaycanın tanınmış mühəndislərindən və Cümhuriyyət tələbələrindən olan Mir İsmayıl Seyidzadə Almaniyanın Berlin şəhərində elektrik mühəndisliyi üzrə təhsil alaraq Azərbaycana dönüb. Lakin Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra - 1929-cü ildə Türkiyəyə mühacirət etmək məcburiyyətində qalıb. Ailə 1931-ci ildə Türkiyə Respublikası vətəndaşlığına keçərkən Saryal soyadını qəbul edib.

 

Nuri Saryal, İndiana Universitetində maşınqayırma üzrə magistr təhsili alıb, sonra Berlin Texniki Universitetində doktarluq işi müdafiə etmişdir. Onun doktarantura işinin beynəlxalq patentini ona təqaüd vermiş AEG firması almışdır.[2] 1977-ci ildə Türkiyənin ən güclü və ən məşhur universitetlərindən hesab edilən ODTU-nun rektoru olub.

 

Nuri Saryal Dünya Enerji Şurasının Türk Milli Komitəsinin üzvü, DAAD (Alman elm adamları mübadilə dərnəyinin) fəxri üzvü, Ankara Humboldt Təqaüdçüləri Dərnəyinin idarə heyəti rəhbəri olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı