Modern.az

Nazir özünə ad günü keçirən direktora şiddətli töhmət verdi - VİDEO - YENİLƏNİB

Nazir özünə ad günü keçirən direktora şiddətli töhmət verdi - VİDEO - YENİLƏNİB

22 Dekabr 2020, 20:33

Təhsil Nazirliyi də özünə doğum günü məclisi təşkil edən məktəb direktoru ilə bağlı açıqlama yayıb.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, sosial şəbəkələrdə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı video materiallar yayılıb.

 

 

"Təhsil Nazirliyi tərəfindən aparılan müvafiq araşdırma nəticəsində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilən xüsusi karantin rejimi qaydalarına əsasən kütləvi tədbirlərin keçirilməsi qadağan edildiyi halda Nailə Məmmədovanın doğum günü münasibətilə məclis təşkil edərək xüsusi karantin rejimi qaydalarını pozduğu məlum olub. Bununla əlaqədar olaraq, Nailə Məmmədovaya təhsil nazirinin müvafiq əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 

 

Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırırıq", - deyə məlumatdaa qeyd olunub.

 

***

19:52

Təhsil naziri Emin Əmrullayev karantin rejimini kobud şəkildə pozaraq özünə dəbdəbəli ad günü keçirən 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovaya şiddətli töhmət verib.

 

Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Məlumata görə, məktəb direktoruna sonuncu xəbərdarlıq edilib.

 

Qeyd edək ki, Nailə Məmmədovanın ad gününü əks etdirən video sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?