Modern.az

"Ustad aşıqlarımız” seriyasından ilk kitab çıxdı

"Ustad aşıqlarımız” seriyasından ilk kitab çıxdı

31 İyul 2012, 13:17

Bu günlərdə Azərbaycan Aşıqlar Birliyinin yeni layihəsi olan “Ustad aşıqlarımız” seriyasından ilk kitab işıq üzü görüb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə işıq üzü görən bu kitab Azərbaycan aşıq sənətində və poeziyasında özünəməxsus yeri olan ölməz ustad Aşıq Ələsgərə həsr olunub. Kitabda Aşıq Ələsgərə həsr olunmuş elmi-publisistik məqalələr, Xalq şairi Zəlimxan Yaqubun bu böyük ustada həsr etdiyi “Göyçədən gələn səslər” poeması və ustadın yaradıcılığından nümunələr yer alıb.
Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlunun tərtib edib nəşrə hazırladığı və Bakıda “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çap olunmuş bu kitabın məsləhətçisi Xalq şairi Zəlimxan Yaqub, redaktoru professor Qəzənfər Paşayev, rəyçisi isə professor Məhərrəm Qasımlıdır.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı