Modern.az

Azərbaycan yeganə ölkədir ki, 2020-ci ili qələbə ilə qeyd edəcək - Tahir Mirkişili

Azərbaycan yeganə ölkədir ki, 2020-ci ili qələbə ilə qeyd edəcək - Tahir Mirkişili

Parlament

23 Dekabr 2020, 11:15

“Ölkəmiz dünyada yeganə ölkə olacaq ki, 2020-ci ili qələbə ilə qeyd edəcək. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşməndən azad edib”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.

 

Tahir Mirkişili qələbənin əldə olunmasında iqtisadi faktorun öz yeri olduğunu söyləyib:

 

“2020-ci ildə bütün dünya iqtisadiyyatında geriləmə olub. İqtisadiyyat Nazirliyi 2020-ci ilin dövlət büdcəsinin dürüstləşməsi zamanı Azərbaycan iqtisadiyyatının 2020-ci ilin sonuna qədər 4,9 faiz azalacağı qeyd edilib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər