Modern.az

Ölkədə makroiqtisadi sabitlik təmin olunub - Elman Rüstəmov

Ölkədə makroiqtisadi sabitlik təmin olunub - Elman Rüstəmov

İqtisadiyyat

23 Dekabr 2020, 12:58

“Görülən tədbirlər nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin olunub”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

O bildirib ki, iqtisadi subyektlərin gəlirlərindəki itkilər Prezident İlham Əliyevin qəbul etdiyi konsepsiya əsasında qismən təmin olunub:

“Ölkənin strateji valyuta ehtiyatları il ərzində sabit qalıb. Mərkəzi Bankın valyuta ehtiyatları 3%-dən çox artıb. Bazarda valyuta çatışmazlığı yoxdur. Biz bu ili aşağı inflyasiya ilə başa vura biləcəyik. Manatın məzənnəsinin sabitliyi bütövlükdə makroiqtisadi sabitliyin mühüm tərkib hissələrindən biridir. 2018-2020-ci illərdə iqtisadiyyatda pul təklifi 54%-dək artıb. Bütövlükdə daha uzunmüddətli dövrə baxsaq, manatla kreditlər 5,5% azalıb”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır