Modern.az

Samir Şərifov: “Biz əlimizdəkiləri itirə bilərdik”

Samir Şərifov: “Biz əlimizdəkiləri itirə bilərdik”

23 Dekabr 2020, 14:20

“İqtisadiyyatımız 2020-ci ildə böyük mənfi təsirlərə məruz qalıb. Amma biz bu il böyük islahatlar həyata keçirdik və sınaqlardan üzüağ çıxdıq”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

Samir Şərifovun sözlərinə görə, ölkəmizdə elə idarəetmə sistemi formalaşıb ki, sınaqlardan üzüaçıq çıxırıq:

“Müəyyən ssenarilərə görə, bizim iqtisadiyyatımız 10 %-ə qədər kiçilə bilərdi. Biz əlimizdəkiləri itirə bilərdik. Müəyyən vergi güzəştləri həmin müddətdə verildi. Bir çox tədbirlər görüldü və görülməkdədir”.

 “Bizim qarşımızda çox seçim yox idi. Böhrandan çıxışın bir neçə yolu var. Bunlardan biri hansısa əlavə gəlirləri artırmaqdır ki, bu hazırda sui-qəsd kimi addım ola bilər”, - maliyyə naziri deyib.


Samir Şərifov qeyd edib ki, buna görə də əlavə borclanmaya gedərək, iqtisadi aktivliyə əlavə tə
kan verməyə çalışılır:

“Biz çalışacağıq ki, əlavə borclanma daha çox daxili borclanma, istiqrazlar hesabına baş versin. Bununla yanaşı, bizim izahda müəyyən risklər göstərilib. Borclanmanın riskləri ilə bağlı məsələlərə Maliyyə Nazirliyi mühafizəkar yanaşıb. Bizim sonsuz borclanmaya getmək niyyətimiz yoxdur. Bu vəziyyətdən çıxmaq üçün biz əlavə borclanmaya getməli idik. Güman edirik ki, 2024-cü ilin sonunda ÜDM-nin artımı hesabına 24%-dək ümumi dövlət borcunu keçməməliyik. Bu günədək bizim borcumuz kifayətə qədər aşağı idi. Cari ildə xarici borcumuz 106 milyon dollar azalıb, amma ÜDM-nin kiçilməsi hesabına nisbət artıb”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi