Modern.az

Azərbaycanda yoluxma azaldı, ölüm artdı

Azərbaycanda yoluxma azaldı, ölüm artdı

Hadisə

23 Dekabr 2020, 17:14

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 334 yeni yoluxma faktı qeydə alınıb, 4 461 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 46 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 208 211 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 151 660 nəfər müalicə olunaraq sağalıb, 2 340 nəfər vəfat edib, aktiv xəstə sayı 54 211 nəfərdir.

 

Ölkədə son sutka ərzində 14 599 hazırkı dövrədək isə 2 102 957 test aparılıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!