Modern.az

Elman Rüstəmov manatın taleyindən DANIŞDI: “Şayiələrə inanmayın!”

Elman Rüstəmov manatın taleyindən DANIŞDI: “Şayiələrə inanmayın!”

İqtisadiyyat

24 Dekabr 2020, 12:28

Mərkəzi Bankın sədri Elman Rüstəmov cəmiyyətdə devalvasiya olacağı ilə bağlı gedən müzakirələrə münasibət bildirib.

 

Modern.az-ın xəbərinə görə,  Mərkəzi Bank sədri qeyd edib ki, əgər cari ildə bu məsələyə gedilmədisə, indi bu məsələnin aktuallığını düşünmək olmaz:

 

“Ölkədə makroiqtisadi proqnozlar hazırlanarkən hər təşkilat özünün proqnozunu təqdim etdi. Bununla bağlı da pul kredit siyasəti müəyyənləşib. Əhalimizi belə şayiələrə inanmamağa çağırıram. Qoy heç kim aktivliyimizə xələl gətirməyə çalışmasın”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir