Modern.az

Bu gündən kolleclərə sənəd qəbulu başlayır

Bu gündən kolleclərə sənəd qəbulu başlayır

1 Avqust 2012, 11:01

Avqustun 1-dən orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbulu başlanır . Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər avqustun 1-dən 24-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən SQK-ya təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.

Bildirilib ki, SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərəcək. Abituriyentlər TQDK-nın internet saytının müvafiq səhifəsində (www.tqdk.gov.az/erizeumumiorta2012) şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edirlər. Sonra iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasına daxil olub doldurmalıdırlar.

TQDK-dan bildirilib ki, abituriyentlər  SQK-ya aşağıdakı sənədləri təqdim edirlər:

 internet vasitəsilə qeydiyyatdan keçərkən əldə etdiyi iş nömrəsi və şifrini; 

ümumi orta təhsil haqqında sənədin əslini; şəxsiyyəti təsdiq edən sənədin əslini:

Azərbaycan respublikasının vətəndəşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış vətəndaşlar və onların ailə üzüvləri isə qaçqın vəsiqələrini; 

16 yaşı iyulun 24-dək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları qeyd olunan sənədlərlə yanaşı təhsil aldıqları müəssisədən fotoşəkli olan arayış (www.tqdk.gov.az/erizeumumiorta2012 internet ünvanından əldə etmək olar) və yeni çəkilmiş 3x4 sm ölçüdə 1 ədəd fotoşəkli.

Qeyd edək ki, cari tədris ilində ümumi orta təhsil bazasında (9 illik) 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılacaqdır. Ayrılmış plan yerlərinin sayı 10404-dır. Onlardan 4866 dövlət sifarişi üzrə, 5538 yer isə ödənişli əsaslarladır. 

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı ətraflı məlumat, o cümlədən qəbul aparılan ixtisasların siyahısı “Abituriyent” jurnalının 4-cü sayında təqdim olunub.

 

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı