Modern.az

“Bəzi şəxslər süni şəkildə dərman qıtlığı yaradırdlar” - Əhliman Əmiraslanov

“Bəzi şəxslər süni şəkildə dərman qıtlığı yaradırdlar” - Əhliman Əmiraslanov

24 Dekabr 2020, 15:50

«2021-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri nəzərəçarpacaq qədər artırılıb. Həmin vəsaitin böyük bir qismi ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə yönəldilib”.

 

Modern.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

 

Əhliman Əmiraslanov  2021-ci ilin  yanvarından 31 şəhər və rayonda icbari tibbi sığorta həyata keçirilməyə başlanılacağını da söyləyib:

 

“Bu məqsədlə büdcədən 1 milyard 45 milyon manat vəsait ayrılıb. İllərdir ki, insalarımız bunu gözləyirdi”.

 

Komitə sədri bildirib ki, pandemiyaya qarşı mübarizə üçün də xeyli vəsait ayrılıb:

 

“Pandemiya elan olunduğu ilk gündən etibarən Prezidentin tapşırığı ilə Operativ Qərargah yaradıldı. Pandemiyanın ikinci mərhələsində yoluxmanın sayı kəskin artsa da səhiyyə sistemimiz çökmədi. Bu gün 45 tibb müəssisəsi və 30 müasir laboratoriya pandemiya ilə mübarizəyə cəlb olunub. Məndə olan məlumata görə, ölkəmizdə dərman ehtiyatı var. Ancaq bəzi şəxslər bu qıtlığı süni şəkildə yaradırdlar. 2021-ci ilin ilk aylarında ölkəmizə vaksinlər gətiriləcək”

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi