Modern.az

Azərbaycanda yoluxma kəskin azaldı - 40 nəfər öldü

Azərbaycanda yoluxma kəskin azaldı - 40 nəfər öldü

24 Dekabr 2020, 16:58

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 850 yeni yoluxma faktı qeydə alınıb, 4 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 210 061 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 155 886 nəfər müalicə olunaraq sağalıb, 2 380 nəfər vəfat edib, aktiv xəstə sayı 51 795 nəfərdir.

 

Ölkədə son sutka ərzində 13034, hazırkı dövrədək isə 2 115 991 test aparılıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir