Modern.az

Deputat vətəndaşların siyasi partiyaya üzv olmaq yaşını aşağı salmağı TƏKLİF ETDİ

Deputat vətəndaşların siyasi partiyaya üzv olmaq yaşını aşağı salmağı TƏKLİF ETDİ

Parlament

24 Dekabr 2020, 17:25

“Bizdə qanunla 18 yaşına çatana kimi insanların siyasi partiya üzvü olması qadağan edilir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

 

Deputat bildirib ki, gənclərin siyasi partiyalara üzvlük yaşının aşağı salınmasına ehtiyac var:

 

“ABŞ-da bu təcrübə var. Bu təcrübə bizdə tətbiq edilə bilərmi?”

 

Deputat Fəzail İbrahimli cavabında bildirib ki, bu sualın fəlsəfəsi gələcəkdə siyasi partiyaların fəaliyyəti ilə bağlı qanuna edilə biləcək dəyişikliklərlə bağlıdır:

 

“İndi isə sadəcə bu qanunun bir maddəsində dəyişiklik edilir. Qanuna yeni dəyişiklik təklif olunanda, bu suala qayıtmaq olar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür