Modern.az

Xocalı aeroportu İL-76 təyyarələrini qəbul edə biləcək

Xocalı aeroportu İL-76 təyyarələrini qəbul edə biləcək

Qarabağ

24 Dekabr 2020, 17:36

Xocalı aeroportu yaxın vaxtlarda açılacaq.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Qarabağ separatçılarının keçmiş rəhbərlərindən olan David Babayan söyləyib.

 

Onun sözlərinə görə, dəqiq tarix açıqlanmasa da, aeroport yaxınlarda fəaliyyətə başlayacaq.

“Aeroportun sahəsi genişləndirilib. Aeroporta əvvəllər nəzərdə tutulmamış qabaritdə təyyarələr də eniş edə biləcək”.

 

Xocalı aeroportunun Rusiya sülhəmramlı qüvvələrinin nəzaərti altında olması gözlənilir. Aeroport İL-76 yük təyyarələrini də qəbul etmək gücündə olacaq. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?