Modern.az

Vətən Müharibəsində döyüşən rus qardaşlar - FOTO

Vətən Müharibəsində döyüşən rus qardaşlar - FOTO

Qarabağ

26 Dekabr 2020, 01:33

44 günlük müharibə bizə Azərbaycan Respublikasının ərazi bütövlyü uğrunda canını fəda etməyə hazır olan minlərlə cəsur Vətən övladını tanıtdı. Onların arasında Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi var.

Bu iki rus qardaş - Maksim Buzanov və Andrey Buzanov Bakıda dünyaya gəlmiş həmvətənlərimizdir.

Modern.az-ın məlumatına görə, Buzanov qardaşlarının hər ikisi Qarabağ müharibəsində düşmənə - ermənilərə qarşı döyüşüb.

Mayor rütbəsində olan böyük qardaş Andrey Hərbi Hava Qüvvələrimizin pilotudur. O, Ermənistan ordusunun bir çox mövqelərini bombardman edib.

Kiçik qardaş Maksim Buzanov isə Quru Qoşunlarında xidmət edir.

Qardaşlar haqqında sosial şəbəkələrdə yayılmış məlumata görə, onların ataları Dmitri Buzanov vaxtilə Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır