Modern.az

İlhamə Qasımova 5000 tamaşacı qarşısında şou göstərdi - VIDEO

İlhamə Qasımova 5000 tamaşacı qarşısında şou göstərdi - VIDEO

1 Avqust 2012, 17:19


Azərbaycanın populyar müğənnisi İlhamə Qasımova Almaniyada 5000-dən yuxarı tamaşaçı qarşısında şou konsertlə çıxış edib. Alman mətbuatının yaydığı xəbərə görə, FernsehGarten adlanan şou London Olimpiadasına həsr olunub. Şou konsert Almaniyanın dövlət kanalı olan TDF-də canlı yayımlanıb. 
İlhamə Qasımova konsertdə məşhur RIO qrupunun solisti U-Jean ilə birgə məşhur Flying mahnısını ifa edib. Müğənninin ifası konsert iştirakçıları tərəfindən ayaq üstə alqışlanıb. Müğənninin avropalı fanatları ondan avtoqraf alıblar.

Qeyd edək ki, İlhamə Qasımovanın xaricdə uğurları davam edir. Məlumata görə, bu günlərdə müğənni Amerikanın ünlü kanallarından da verilişə dəvət alıb. Müxtəlif xalqların mətbəxindən bəhs edən verilişdə dünyanın populyar ulduzları öz xalqlarının mətbəxini nümayiş etdirəcək. Azərbaycandan isə bu dəvət Avropada populyar olan müğənni İlhamə Qasımovaya gəlib. Müğənni milli mətbəximizi nümayiş etdriməklə yanaşı, verilişdə öz repertuarından mahnılar da ifa edəcək.





Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?