Modern.az

Mədəniyyət və Turizm Nazirliyində yeni təyinatlar olub

Mədəniyyət və Turizm Nazirliyində yeni təyinatlar olub

28 Yanvar 2010, 11:37

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra mədəniyyət müəssisələrinə yeni rəhbərlərin təyin edilməsi ilə bağlı əmr imzalayıb. Modern.az-ın məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.  

Əbülfəs Qarayevin əmri ilə Əmirov Anar Şahin oğlu Ağdam rayon Heydər Əliyev muzeyinin, Atayev Ramail Musa oğlu Ğəncə şəhər Uşaq incəsənət məktəbinin, Əliyev Akif Qəmbər oğlu Samux rayon Qarayeri qəsəbə uşaq musiqi məktəbinin və Mehtiyev Vitali Kamil oğlu Laçın rayon Şamkənd kənd uşaq musiqi məktəbinin direktoru vəzifəsinə təyin olunub. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?