Modern.az

1700-dək şəhid ailəsinə pensiya və təqaüd təyin olundu

1700-dək şəhid ailəsinə pensiya və təqaüd təyin olundu

İqtisadiyyat

27 Dekabr 2020, 11:25

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə sosial ödənişlərin təyinatı prosesini davam etdirir.

 

ƏƏSMN-dən Modern.az-a bildirilib ki, Fond tərəfindən artıq 700-dək şəhidin 1700-ə yaxın ailə üzvünə Prezidentin aylıq təqaüdünün, pensiya və müavinətlərin təyinatı həyata keçirilib. Təyinatlar barədə ailə üzvlərinə məlumatlar da verilir.

 

Bu ay Nazirlik tərəfindən şəhid ailəsi üzvlərinə təqaüd və müavinətlərin, ailə başçısını itirməyə görə pensiya və müavinətin e-təyinat sistemləri işə salınıb. Bu innovativ yeniliklər şəhid ailəsi üzvlərinə sosial ödənişlərin təyinatının da müraciət etmələrinə ehtiyac qalmadan, e-sistem üzərindən proaktiv qaydada, operativ şəkildə  aparılmasına imkan verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?