Modern.az

Makron müharibə vaxtı Paşinyana SMS-lər yazırmış

Makron müharibə vaxtı Paşinyana SMS-lər yazırmış

Dünya

27 Dekabr 2020, 14:38

Noyabrın 9-da kapitulyasiya barədə məlum sənəd imzalandıqdan bir neçə gün sonra Fransa Prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələri ilə naharda iştirak edib.

 

Modern.az bildirir ki, bu barədə Ermənistanın “Qraparak” nəşri yazıb.

 

Nəşrin yazdığına görə, Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni Baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. O, müharibə zamanı dəfələrlə onunla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını bildirib. Deyib ki, doğrudur, Paşinyan tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.

 

Bundan başqa, Makronu Paşinyanın nə noyabrın 9-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamaması və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməməsi və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmaması xüsusilə təəccübləndirib.

 

“Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin Prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?”, - deyə Makron bildirib. O, həmçinin Fransanın necə davranmalı olduğu ilə maraqlanıb. “Qraparak” isə yazır ki, “bu məsələlər erməni icması ilə yox, dövlət diplomatiyası yolu ilə həll edilməli idi”. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı