Modern.az

Putin Qarabağda döyüşləri necə dayandırdı... - Peskov DANIŞDI

Putin Qarabağda döyüşləri necə dayandırdı... - Peskov DANIŞDI

27 Dekabr 2020, 19:38

“Qarabağda döyüşləri dayandırmaq məsələsi ilə Vladimir Putin şəxsən məşğul olub və o, günlərlə telefonu əlindən buraxmayaraq, tərəflərlə danışıqlar aparıb”.


Modern.az
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya 1" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu məsələnin həllinə yalnız Bakı və Yerevanla qarşılıqlı hörmətə əsaslanan xoş və konstruktiv münasibətlərin saxlanması sayəsində nail olmaq mümkün olub.

"Rusiya qan tökülməsinin dayandırılmasında həlledici rol oynayıb", - deyən Peskovun sözlərinə görə, dünya birliyi 2020-ci ildə Rusiya sərhədləri yaxınlığında aktiv döyüş əməliyyatlarının aparılmasına yol verməməlidir.

"Putinin məsuliyyətli mövqeyi, göstərdiyi səylər əlbəttə ki, çox qiymətlidir, bunları dəyərləndirməmək çox çətindir".

Peskovun sözlərinə görə, Putin Qarabağda döyüşləri dayandırmaq üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da tez-tez təmasda olub.


"Putinin və Ərdoğanın şəxsi münasibətləri və konstruktivlik ruhu mübahisəli vəziyyətlərin harmonik həllini tapmağa imkan verir", - Dmitri Peskov deyib.

"Əlbəttə ki, ikitərəfli əlaqələrimiz çoxdur (Rusiya ilə Türkiyə arasında). Və bu çərçivədə fikir ayrılığı, maraq toqquşması baş verərsə, liderlərin konstruktiv münasibəti vəziyyətdən harmoniya əsasında çıxış yolu tapmağa imkan verəcək," - deyə Rusiya prezidentinin mətbuat katibi əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir