Modern.az

Baş direktor: “Pandemiya fəaliyyətimizə təsir etməyib”

Baş direktor: “Pandemiya fəaliyyətimizə təsir etməyib”

Aktual

25 Dekabr 2020, 15:45

Pandemiya dövründə “Star Rafineri” neft emalı zavodu (NEZ) istehsalını azaltmayıb.

 

Modern.az-ın məlumatına görə, bunu "SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi”nin rəhbəri, "Petkim"in baş direktoru Anar Məmmədov azərbaycanlı jurnalistlər üçün keçirilən onlayn mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, koronavirus pandemiyası zamanı zavodda dizel yanacağının istehsalına üstünlük verilib və hazırda STAR-da tam güclə istehsal davam etdirilir.

 

2021-ci il planlarından danışan A.Məmmədov deyib ki, gələn il üçün zavodda yeni adda məhsulların istehsalı nəzərdə tutulmur:

 

"Ümumilikdə, zavodda 2021-ci ildə istehsal gücünü artırmaqla əhəmiyyətli bir dəyər yaratmaq üçün işlər davam etdiriləcək.

 

Nəzərinizə çatdırım ki, “Petkim” şirkəti 2020-ci ildə bütün dünyada hökm sürən koronavirus pandemiyasından ziyan görməyib, əksinə, bu il “Petkim”in istehsal etdiyi məhsullara Türkiyədə tələbat artıb.

 

Ümumilikdə bu il zavodda 20 növdən çox neft emal edilib. Bu il əldə etdiyimiz yüksək tendensiyanın 2021-ci ildə də davam edəcəyinə inanırıq.

 

Proqnozlarımıza görə, "Star Rafineri" 2021-ci ildə 11 mln. tona yaxın neft emal edəcək".

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır