Modern.az

Anar Məmmədov: “Kredit ödənişlərimizdə problem yoxdur”

Anar Məmmədov: “Kredit ödənişlərimizdə problem yoxdur”

Aktual

25 Dekabr 2020, 16:10

Bu il STAR neft emalı zavodu götürdüyü kreditlərə görə 228 milyon ABŞ dolları ödəniş həyata keçirib.

 

Modern.az-ın məlumatına görə, bunu “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi”nin rəhbəri, "Petkim"in baş direktoru Anar Məmmədov azərbaycanlı jurnalistlər üçün  keçirilən onlayn mətbuat konfransında bildirib.

 

A.Məmmədov həmçinin əlavə edib ki, "Petkim” və STAR-ın kreditlərinin ödənilməsində heç bir problem yaşanmayıb:

 

"Düşünürəm ki, gələn il də ödənişləri vaxtında həyata keçirməklə bağlı problemimiz olmayacaq".

 

Onun sözlərinə görə, neft emalı zavodunun inşasına cəlb edilmiş kredit üçün 2021-ci ildə 361 milyon ABŞ dolları ödəniş həyata keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar