Modern.az

Deputat azad olunmuş ərazilərin bərpası üçün sahibkarların da iştirakını TƏKLİF ETDİ

Deputat azad olunmuş ərazilərin bərpası üçün sahibkarların da iştirakını TƏKLİF ETDİ

Parlament

28 Dekabr 2020, 11:10

İşğaldan azad olunmuş ərazilərin bərpası üçün büdcədən 2,2 milyard manat vəsait ayrılmasını yaxşı qarşılayırıq. Deputat həmkarlarımız xaricdə və ölkədə yaşayan c öz vəsaitləri hesabına bu layihələrdə iştirak etməsi ilə bağlı təkliflər səsləndirib.

 

Modern.az xəbər verir  ki bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən  deputat Tahir Mirkişili deyib.

 

Deputat bu istiqamətdə ayrıca fondun yaradılmasının müsbət olduğunu da söyləyib:

 

“Burada təkcə dövlət büdcəsindən olan vəsaitlərin deyil, sahibkarlardan və digər şəxslərin də ianələri hesabına fondun gəlirləri arta və bu gəlirlər işğaldan azad olunmuş ərazilərin bərpasına yönələ bilər. Bu da işlərin daha sürətlə aparılmasına imkan verər”.

 

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, bu məsələyə hökumət üzvləri öz münasibətini bildirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır