Modern.az

Deputat hərbçilərin maaşının qaldırılmasını TƏKLİF ETDİ

Deputat hərbçilərin maaşının qaldırılmasını TƏKLİF ETDİ

Parlament

28 Dekabr 2020, 11:38

“Hərbçilərin maaşının qaldırılmasına ehtiyac var”.

 

Modern.az xəbər verir ki, belə bir təkliflə deputat Tahur Kərimli parlamentdə bu gün keçirilən büdcə müzakirələrində çıxış edərkən deyib.T. Kərimli həmçinin dövlət televiziyasına da əlavə texniki qurğuların alınması üçün vəsaitin ayrılmasını təklif edib:

 

“Biz müharibə vaxtı hadisələrdən canlı yayımları Türkiyə telekanallarından canlı izləyirdik. AzTV-nin səyyar qurğulara ehtiyacının olduğunu gördük. Ona görə də bu kanala əlavə vəsaitin ayrılması yaxşı olardı”.

 

Sədr Sahibə Qafarova isə cavabında bildirib ki, televiziya kanallarımız ictimaiyyəti yetəri qədər informasiya ilə təmin edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır