Modern.az

Mövlud Çavuşoğlu Rusiyaya gedir

Mövlud Çavuşoğlu Rusiyaya gedir

Parlament

28 Dekabr 2020, 12:00

Türkiyənin xarici işlər naziri dekabrın 29-da Rusiyaya səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

 

Qeyd olunur ki, nazir Soçi şəhərində rusiyalı həmkarı Sergey Lavrovla Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun 8-ci iclasında iştirak edəcək.

 

İclas zamanı iki ölkə arasında münasibətlər, eyni zamanda regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

 

İclasın yekununda Rusiya ilə Türkiyə arasında 2021-2022-ci illər üzrə Məşvərət Planı imzalanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!