Modern.az

  Aqil Abbas deputatların təkliflərinə qarşı çıxdı - “Bu qədər vəsait haradan ayrılsın?”

  Aqil Abbas deputatların təkliflərinə qarşı çıxdı - “Bu qədər vəsait haradan ayrılsın?”

Parlament

28 Dekabr 2020, 12:17

“Bayaqdan müzakirələrə qulaq asıram. Deputat həmkarlarım büdcədən müəyyən yerlərə maliyyə ayrılmasını xahiş edir. Biri deyir kanalizasiyaya bu qədər, digəri isə deyir ki qazlaşdırmaya bu qədər ayrılsın. Biz yeni müharibədən çıxmış dövlətik.”

 

Modern.az xəbər verir ki,bunu parlamentin bu gün keççirilən plenar iclasında büdcə müzakirələti zamanı çıxış edən deputat AqilAbbas bildirib.

 

Deputat qeyd edib ki, dövlət lazım olan yerlərə maliyyə ayırır:

 

“Şəhid ailələri və qazilərimizin problemləri dövlət tərəfindən aradan qaldırılır. Düşünürəm ki, indiki halda bunlar daha əsasdır. Hər şeyə maliyyə ayrılmasını istəyirik. Danışanda deyin ki hardan alaq. Bəlkə siz bilirsiz?!”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır