Modern.az

Milli Məclis ehtiyac meyarının artırılmasını II oxunuşda qəbul etdi

Milli Məclis ehtiyac meyarının artırılmasını II oxunuşda qəbul etdi

28 Dekabr 2020, 12:22

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində müəyyən edilib. 

 

Xatırladaq ki, 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilmişdi.

 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Sizə yeni x var
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?