Modern.az

Bu il Azərbaycanda nə qədər zəlzələ hadisəsi baş verib?

Bu il Azərbaycanda nə qədər zəlzələ hadisəsi baş verib?

Aktual

28 Dekabr 2020, 14:26

Bu il ərzində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) seysmik stansiyaları tərəfindən 3 579 yerli zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə RSXM-nin baş direktoru Qurban Yetirmişli deyib.

 

 
 

O bildirib ki, Azərbaycan və ona bitişik ərazilərdə 6 604 zəlzələ qeydə alınıb: "Həmçinin Mərkəzin Monitoriq Mərkəzi tərəfindən 2 301 uzaq zələlələr də qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə bu günə qədər ml> 3-dən yuxarı olan 74 zəlzələ qeydə alınıb".

 

Azərbaycan və ona bitişik ərazilərdə qeydə alınan zəlzələlərdən 20-nin hiss olunduğunu qeyd edən baş direktor respublika ərazisindəki seysmiklik və bu istiqamətdə aparılan kompleks tədqiqatlar haqqında da məlumat verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı