Modern.az

“Dövlət borcu haqqında” qanun DƏYİŞDİRİLİR

“Dövlət borcu haqqında” qanun DƏYİŞDİRİLİR

Parlament

28 Dekabr 2020, 15:18

“Dövlət borcu haqqında” qanuna dəyişiklik təklif edilir.

 

Modern.az xəbər verir ki, dəyişiklik layihəsi hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulan hallarda Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitindən dövlət büdcəsinə transfert (köçürmə) edilməsi üçün istifadə oluna bilməsi məqsədilə hazırlanıb.

 

Belə ki, 2021-ci ildə dövlət büdcəsinə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan 880 milyon manat transfert nəzərdə tutulub.

 

Qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır