Modern.az

Zəngəzurun bu kəndinin bir hissəsi Azərbaycana QAYTARILIR

Zəngəzurun bu kəndinin bir hissəsi Azərbaycana QAYTARILIR

28 Dekabr 2020, 17:10

Azərbaycan və Ermənistran araslnda sərhədlərin demarkasiya və delmitasiyası prosesi davam edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Gorus rayonunun Vorotan kəndinin Azərbaycana düşmən hissəsi yaxın saatlarda geri qaytarılacaq. Belə ki, GPS sistemi ilə müəyyənləşdirilən sərhəd xətti kəndin 12 evinin Sovet xəritələrinə əsasən, Azərbaycanın Qubdalı rayonunun ərazisinə düşdüyünü göstərib.

 

 Gorus meri Aruş Aruşanyan da məlumatı təsdiqləyib.

“Hərbçiləri kəndin 12 evinin Azərbaycan ərazisinə düşdüyünü bildiriblər. Onlar kənd sakinlərinə 1 saat ərzində həmin evləri boşaltmağı tələb edib”.

 

Aruşanyan faktiki olaraq sərhəd xəttinin Vorotan kəndinin ortasından keçdiyini söyləyib. Xatırladaq ki, geri qaytarılan ərazi və evlər Sovet dövründə Qubadlı rayonunu Şahverdilər kəndinə aid olub.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq