Modern.az

Şəhid Şahinin son arzusu çin oldu - oğlu dünyaya gəldi - VİDEO

Şəhid Şahinin son arzusu çin oldu - oğlu dünyaya gəldi - VİDEO

28 Dekabr 2020, 23:17

Bu gün Qusar rayon  mərkəzi xəstəxanasının doğum şöbəsində Vətən Müharibəsində şəhid olmuş baş gizir Şahin Hüseynbala oğlu Allahyarovun oğul övladı dünyaya gəlib.

 

Xəstəxanadan Modern.az-a verilən məlumata görə, çəkisi 3 kq 600 qram olan körpənin və anası Kəmalə Allahyarovanın vəziyyəti normaldır.

 

Qeyd edək ki, şəhidimiz Allahyarov Şahin Hüseynbala oğlu, Quba rayonu, Zizik kəndində doğulub. Vətən müharibəsinə könüllü qoşulub. Şahin noyabrın 1-də yüksək zirvəyə - şəhidlik məqamına ucalıb.

 

Sosisl şəbəkələrdə yayılan videoda şəhid Şahin Allahyarov həyat yoldaşı Kəmalə Allahyarovaya son arzusunu belə  bildirmişdi: "Əgər oğlum olarsa, mənim adımı qoyarsınız".

 

İkinci Qarabağ döyüşlərində şəhid olan Şahin Allahyarovun arzusu çin olub. Belə ki, bu gün dünyaya gələn körpə atası, şəhid Şahin Allahyarovun şərəfinə Şahin adlandırılıb. 

  

 

Aytəkin Alxaslı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!