Modern.az

“Türkiyə və Britaniyanın qazanacağı yeni dövr başlayır” - Ərdoğan

“Türkiyə və Britaniyanın qazanacağı yeni dövr başlayır” - Ərdoğan

Dünya

29 Dekabr 2020, 00:20

Bu gün Türkiyə ilə Böyük Britaniya arasında sərbəst ticarət sazişi imzalanacaq.

 

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 28-də hökumətin iclasından sonra açıqlama verib.

 

Dövlət başçısı imzalanacaq sazişin Gömrük Birliyi sazişindən sonra ən mühüm sənəd olacağını qeyd edib.

 

“Dekabrın 25-nə olan vəziyyətə görə, ixracatımız 2020-ci ilin yekun hədəflərimizi üstələyərək 166 milyard ABŞ dollarına çatıb. 2021-ci ildən həm Türkiyənin, həm də Böyük Britaniyanın qazanacağı yeni bir dövr başlayır. Yüksək ÜDM-li yatırımlarla mövcud kəsirimizi örtərək xarici maliyyəyə olan ehtiyacımızı azaldırıq”, - deyə Ərdoğan bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar