Modern.az

Mәrkәzi Bank inflyasiyaya tәsir edәn amillərlə bağlı məlumat YAYDI

Mәrkәzi Bank inflyasiyaya tәsir edәn amillərlə bağlı məlumat YAYDI

İqtisadiyyat

29 Dekabr 2020, 09:24

2021-ci ildә dә Mәrkәzi Bankın pul siyasәti makroiqtisadi dayanıqlığın әsas sütunlarından olan qiymәt sabitliyinә yönәldilәcәk.

 

Modern.az-ın məlumatına görə, bu barədə Azәrbaycan Mәrkәzi Bankının 2021-ci il üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri barәdә bәyanatında qeyd edilib.

 

Bildrilib ki, pul siyasәtini hәyata keçirәrkәn Mәrkәzi Bank inflyasiyaya tәsir edәn başlıca xarici vә daxili amillәri diqqәt mәrkәzindә saxlayacaq:

 

“İnflyasiya hәdәfinә nail olmaq mәqsәdilә monetar siyasәtin effektivliyini artırmaq üçün әlavә tәdbirlәr görülәcәk. Maliyyә sektorunun sabitliyinin tәmin edilmәsi, maliyyә vasitәçiliyinin, pul vә kapital bazarlarının dәrinlәşdirilmәsi istiqamәtindә tәdbirlәr davam etdirilәcәkdir. Pandemiyadan zәrәr çәkmiş iqtisadi subyektlәrә dәstәk mәqsәdilә requlyativ güzәştlәrdәn istifadә diqqәtdә saxlanacaq”.

 

Bəyanatda həmçinin, 2021-ci il vә ortamüddәtli dövrdә ölkә iqtisadiyyatı qarşısında dayanıqlı iqtisadi artım trayektoriyasına qayıdış, növbәti 10 ildә ümumi daxili mәhsulun ikiqat artımına nail olunması, yeni reallıqlar nәzәrә alınmaqla dayanıqlı makroiqtisadi sabitliyin tәmin edilmәsi, habelә işğaldan azad olunmuş әrazilәrin bәrpası kimi mühüm çağırışlar var.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?