Modern.az

Deputat bölgələrdəki bankomat problemindən şikayət etdi

Deputat bölgələrdəki bankomat problemindən şikayət etdi

Parlament

29 Dekabr 2020, 12:12

“Əhalinin əsas narahatlıqlarından biri bir çox kəndlərdəki bankomatlara pul qoyulmamasıdır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. 

 

Deputat bildirib ki, əhali pensiyanı bankomatlardan götürə bilmir: “Bu bankomatlar qoyulubsa, onlara pul qoyulsun. Digər tərəfdən 20-30 min nəfər sakini olan ərazilərdə heç bankomatlar da yoxdur. Bunun üçün onlar rayon mərkəzinə getməyə məcbur olurlar. Bu işlər camaatı narazı salır". 

 

Sədr Sahibə Qafarova isə dəqiq məlumatın katibliyə verilməsini xahiş edib 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!